44 ildə ilk dəfə qrupda qaldılar, baş məşqçi istefa verdi - DÇ-2022
"Dünya Kuboku-2022"də Meksika millisini qrupdan çıxara bilməyən baş məşqçi Xerardo Martino istefa verib.
mediasport.az xəbər verir ki, 60 yaşlı mütəxəssis qrupun Səudiyyə Ərəbistanı ilə son oyununun ardından tutduğu postu tərk etdiyini açıqlayıb.
"Asteklər" 2:1 hesablı qələbə qazansalar da, qrupdan şəxsi göstəriciləri daha yaxşı olan eyni xala malik Polşa yığması çıxıb.
Argentinalı məşqçi 2019-cu ildən Meksika komandasını çalışdırırdı. Yığma 1978-ci il daxil, indiyə qədər iştirak etdiyi bütün DÇ-lərdə 1/8 finala vəsiqə qazanıb.