DÇ-2023-də 1/2 final: Milli komandamız yarımfinalda uduzub

DÇ-2023-də 1/2 final: Milli komandamız yarımfinalda uduzub

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeymə şəhərində keçirilən minifutbol üzrə dünya çempionatında uğurla addımlayan Azərbaycan milli komandası bu gün yarımfinal görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finala gedən yolda Qazaxıstan seçməsilə üz-üzə gəlib.

İlk hissəni qalib başa vuran futbolçularımız fasilədən sonra üstünlüyü əldən veriblər - 2:3.

Qeyd edək ki, mübarizə apardığı G qrupundan İraq (2:0), Misir (4:1) və Küveyti (3:1) məğlub edərək lider kimi çıxan komandamız 1/8 finalda Portuqaliya (3:0), 1/4-də isə Bolqarıstan (3:1) yığmalarından güclü olub.