"Zirə"dən tarixi uğur!

"Zirə"dən tarixi uğur!

"Zirə" Rumıniyanın Oradea şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasında üçüncü yer uğrunda görüşə çıxıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi son çempion AEK (Rumıniya) ilə qarşılaşıb.

Görüş "Zirə"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz tarixində ilk dəfə Çempionlar Liqasının bürünc medalını qazanıb.