Püşk atıldı: Yığmamız Tunis, Misir və İraq millilərinə qarşı - DÇ-2023

Püşk atıldı: Yığmamız Tunis, Misir və İraq millilərinə qarşı - DÇ-2023

Birşəlmiş Ərəb Əmirliklərində (BƏƏ) mini-futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

MediaSport.az xəbər verir ki, 32 komanda 8 qrupa bölünüb.

Mundiala Avropa çempionu kimi qatılacaq Azərbaycan milli komandası "G" qrupunda Tunis, Misir və İraq yığmaları ilə qarşılaşacaq.

Birincilik oktyabrın 26-dan noyabrın 4-nə kimi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Hayma şəhərində təşkil olunacaq.