Millimizin Avropa çempionatı üçün yekun heyəti müəyyənləşib
İyunun 1-də start götürəcək mini-futbol üzrə Avropa çempionatında iştirak edəəcək Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.
Mediasport.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada təşkil olunacaq qitə birinciliyinə 17 futbolçu ilə yollanacaq.
Baş məşqçi Elşad Quliyev heyətə ən çox oyunçu son çempion "Birbaşa Bakı"dan (8) dəvət edib.
Milli komandamız iyunun 8-də başa çatacaq yarışın F qrupunda yer alıb.
Rəqiblər Fransa, İtaliya və Belçika yığmaları olacaqlar.
Qapıçılar: Davud Kərimi (“Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”);
Müdafiəçilər: Müseyyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə, Cəfər Cəfərov (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov (hər ikisi “Zirə”);
Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Rəvan Kərimov, Mirkamil Əliyev (hər ikisi "Zirə") Kamran Qürbətov (“Aznur”);
Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Tural Məmmərzəyev (“Aznur”).