Dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda 35 qurumdan 48 iştirakçı mübarizə aparıb.
Onlardan 35-i kişi, 13-ü isə qadın olub.
Kişilər arasında keçirilən yarışda Maliyyə Nazirliyinin nümayəndəsi Tural Gözəlov birinci yerə sahib çıxıb.
Dəri Zöhrəvi Mərkəzindən Nuhi Hüseynov ikinci, Azərbaycan Hava Yollarından Kamil İlyasov üçüncü olub.
Qadınların mübarizəsində isə ilk pilləni Medianın İnkişaf Agentliyindən Lətifə Məmmədova tutub.
Təhsil Nazirliyindən Aysel Ağayeva ikinci, SOCAR-dan Samirə Cəfərova üçüncü pillədə qərarlaşıb.