Muxtar Respublikada Şahmat Federasiyası fəaliyyətini dayandırdı

 Muxtar Respublikada Şahmat Federasiyası fəaliyyətini dayandırdı

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb.

Mediasport.az xəbər verir ki, əsası 2002-ci ildə qoyulan federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov idi.