Paytaxt kubokuna yekun vuruldu

Paytaxt kubokuna yekun vuruldu

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında 2008 və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub.

mediasport.az xəbər verir ki, turnirdə 45 idmançı iştirak edib. Oğlanlar arasında keçirilən fərdi yarışlarda Rüstəm Hacılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İbrahim Rəhimzadə ikinci, Ömər Aslanlı üçüncü yeri tutublar.

Qızların fərdi yarışında Şəbnəm Mansurova və Aynur Ağayeva müvafiq olaraq, birinci və ikinci yerləri tutublar, Nigar İsmayılzadə isə üçüncü olub.

Oğlanların qoşa yarışlarında Ömər Aslanlı və İsmayıl Məmmədov turnirin qalibi olublar. Hüseyn Musazadə, Nihad Rüstəmov dueti yarışı ikinci, Daniel Belov, Musa İsmayılov cütlüyü isə ilk üçlükdə qərarlaşıblar.

Qızların qoşa yarışlarında Banu Baytallı və Şəbnəm Mansurova bütün rəqiblərini məğlub edib. Sürəyya Quluzadə, Nigar İsmayılzadə cütlüyü ikinci, Nübar Yarova-Xədicə Musayeva tandemi isə üçüncü yeri tutub.

Qoşa qarışıq yarışlarda Rüstəm Hacılı, Şəbnəm Mansurova birinci yeri tutub, Ömər Aslanlı, Sürəyya Quluzadə ikinci olub, Hüseyn Musazadə, Xədicə Musayeva isə yarışı üçüncü pillədə başa vurub.