Dünya çempionu Azərbaycana gəlir

Dünya çempionu Azərbaycana gəlir

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin daha iki iştirakçısı məlum olub.

mediasport.az xəbər verir ki, 17-24 dekabr tarixlərində keçiriləcək yarışda Dünya çempionu Nodirbek Abdusattorov və üçqat Avropa çempionu Rauf Məmmədov da iştirak edəcək.

Superturnirin beləcə 6 iştirakçısı müəyyənləşib. Daha əvvəl Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Rumıniya təmsilçisi Riçard Rapport və hindistanlı Qukeş Dommaracunun yarışda çıxış edəcəyi dəqiqləşmişdi.

On şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək baş tutacaq.