Dünya çempionatının seçmə mərhələ oyunları Bakıda təşkil olunacaq
Çimərlik futbolu üzrə Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda təşkil olunacaq.
mediasport.az” xəbər verir ki, bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) rəsmi saytı vasitəsilə məlumat yayıb.
2-9 iyul tarixlərində baş tutacaq yarışda əvvəlcə reytinqdə ilk “12-liy”ə düşməyən komandalar qrup mərhələsi şəklində mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında isə reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
İyulun 8-də yarımfinal və pley-off oyunları, ertəsi gün final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları keçiriləcək. Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində təşkil ediləcək Dünya çempionatının final mərhələsində iştirak hüququna yiyələnəcək.