"Əsas məqsədim Paris olimpiadasında mükafatçılar sırasına düşməkdir"

"Əsas məqsədim Paris olimpiadasında mükafatçılar sırasına düşməkdir"

"Şükürlər olsun ki, Avropa Oyunlarında medal qazandım".

MediaSport.az xəbər verir ki, bu sözləri Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) deyib.

Yarımfinalda xorvatiyalı Qabriyel Veoçiçə məğlub olaraq yarışı 3-cü yerdə tamamlayan təmsilçimizin dediklərinə görə, zədəli olduğu üçün döyüşü istədiyi kimi alınmayıb:

“Fikrim zədələrdə qaldı, ehtiyatlı olmağa çalışırdım, ona görə yaxşı döyüşə bilmədim. Rəqibim də çox güclü idi. Çatışmayan cəhətlərimin üstündə işləyəcəyəm. Bakıda 22 yaşadək boksçular arasında Avropa çempionatı keçiriləcək, oraya hazırlaşacağam. Əsas məqsədim isə “Paris-2024” Yay Olimpiya Oyunlarında mükafatçılar sırasında yer almaqdır".

Qeyd edək ki, Murad Allahverdiyev Avropa Oyunlarında yarımfinala yüksəlməklə Paris olimpiadasına lisenziya qazanıb.