Güləşçilərimizdən daha 4 medal
Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U-20) arasında "Çempionlar" turnirində daha 4 medal qazanıblar.
mediasport.az xəbər verir ki, yarışın 2-ci günündə qadın güləşində Gültəkin Şirinova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onunla eyni çəkidə yer alan Əsmər Cankurtaran isə bürünc medal əldə edib.
Sərbəst güləşdə Ceyhun Allahverdiyev (61 kq) çempion olub. Təbriz Bayramov (86 kq) üçüncü yeri tutub.