Azərbaycanın altı gənc cüdoçusu Düşənbədə mübarizəyə start verir

  Azərbaycanın altı gənc cüdoçusu Düşənbədə mübarizəyə start verir

Tacikistanda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ilk günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Mediasport.az xəbər verir ki, Düşənbədəki yarışın ilk günündə oğlanlar arasında Nizami İmranov (-60 kq), İslam Rəhimov və Məhəmməd Musayev (-66 kq) güclərini sınayacaqlar.

Qızlar arasında Könül Əliyeva (-48 kq), Xədicə Qədəşova və Aydan Vəliyeva (-52 kq) tatamiyə çıxacaqlar.