Dünya çempionu müəyyənləşdi
Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə Dünya çempionatı yekunlaşıb.
mediasport.az xəbər verir ki, qalib adı uğrunda yarışan Çin təmsilçisi Din Liren tay-breyk görüşündə dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini məğlub edtməklə 17-ci dünya çempionu olub.
Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun da heç-heçə yekunlaşıb. Sonuncu partiya asiyalı zəka sahibinin xeyrinə başa çatıb. Rusiya idmançısı 68-ci gedişdə məğlubiyyətlə barışıb.