Ölkəmizi Avropa çempionatında 39 şahmatçı təmsil edəcək
Sabah Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.
mediasport.az xəbər verir ki, ölkəmizi yarışda 39 idmançı təmsil edəcək.
Qitə çempionatında 8,10,12,14,16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclüləri müəyyənləşəcək. Turnirə noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.