İddiaçılar Turniri: Nicat Abasov yarışın birincisi ilə qarşılaşacaq
Kanadada keçirilən İddiaçılar Turnirində təmsilçimiz Nicat Abasov növbəti görüşünü keçirəcək.
Mediasport.az xəbər verir ki, o, 8-ci turda rusiyalı Yan Nepomnyaşi (FİDE) ilə qarşılaşacaq.
Şahmatçılar 1-ci turda da üz-üzə gəliblər və oyun "sülh"lə başa çatıb - 0,5:0,5.
Azərbaycan təmsilçisi hazırda 2 xalla səkkizinci sıradadır. 4,5 xala malik Nepomnyaşi isə vahid liderdir.
Sözügedən görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Turnir aprelin 22-də başa çatacaq. Yarışın mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.