Dünya çempionu olan cüdoçumuz Azərbaycanın tarixinə düşdü
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
mediasport.az xəbər verir ki, 2 cüdoçumuz isə mundialı gümüş medalla başa vurub.
52 kq-da yarışan Xədicə Qədəşova bütün rəqiblərindən üstün olub. 66 kq-da Əbil Yusubovla 60 kq-da Məhəmməd Məmişov yalnız finalda uduzub.
Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk cüdoçudur. O, bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında bürünc medal əldə edib.
Beləliklə, Azərbaycan cüdoçuları ikinci günü üç medalla başa vurublar.
Qeyd edək ki, ilk yarış günündə bir dəst medal əldə olunmuşdu. 50 kq-da Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələnib. Turnir avqustun 27-də başa çatacaq.