Azərbaycanı Avropa Kubokunda 28 cüdoçu təmsil edəcək - SİYAHI

Azərbaycanı Avropa Kubokunda 28 cüdoçu təmsil edəcək - SİYAHI

Aprelin 8-də Çexiyanın Teplitse şəhərində start götürəcək yeniyetmə cüdoçulardan ibarət Avropa Kubokunda Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb.

mediasport.az xəbər verir ki, yarışda 14 çəki dərəcəsində mübarizə aparacaq yığmamızın heyətində 20 oğlan və 8 qız cüdoçu yer alacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət kollektivin məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Komandamız 10-11 apreldə isə Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaq. Avropa Kubokunda "B" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında olacaq.


Qızlar


40 kq

Xədicə Abdullayeva

44 kq

Məryəm Bayramzadə

48 kq

Vüsalə Hacıyeva

Fəridə Mirzəyeva

52 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

57 kq

Fidan Qasımova

63 kq

Kamilla Toholiyeva


Oğlanlar


50 kq

Rəsul Əliyev

55 kq

Mirxaliq İskəndərov

Fərid Qarayev

Həsən Həsənli

Ayxan Mirzəzadə

60 kq

Xanəhməd Şərifov

Məhəmməd Musayev

66 kq

Murad Allahverdiyev

Mehdi Cəfərov

Səid Şərifov

Emil Hüseynzadə

Əbil Yusubov

73 kq

Süleyman Şükürov

Mehdi Abbasov

Allahverdi Səmədov

81 kq

Aslan Kotsoyev

Əli Qazıməmmədov

Hüseyn Eyvazlı

90 kq

Tuncay Şamil

+90 kq

Ramazan Əhmədov