Dünya və Avropa çempionu saxlanıldı
Pauerliftinq üzrə dünya və Avropa çempionu, Əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.
Qazax Rayon Polis Şöbəsindən mediasport.az saytına verilən məlumata görə, rayon sakini olan qazi İsrafil Məmmədov barəsində ərizə ilə müraciət edərək şikayətçi olduğunu bildirib.
İdarəyə dəvət olunan İsrafil Məmmədovun polisin qanuni tələblərinə riayət etməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verib. İ.Məmmədov məhz buna görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı təsdiqləyərək bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib.