Dünya və Avropa çempionu Vüqar Orucovun oğlu ABŞ çempionu oldu

Dünya və Avropa çempionu Vüqar Orucovun oğlu ABŞ çempionu oldu

SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov ABŞ çempionu olub.

mediasport.az xəbər verir ki, 61 kq çəkidə yarışan 24 yaşlı idmançı bütün rəqiblərini məğlub etməklə qızıl medala sahib çıxıb.

O, sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb. Qeyd edək ki, Vitalinin atası "Barselona-1992" Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur.