Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

mediasport.az xəbər verir ki, 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşiblər.

Azərbaycan güləşçilərindən Ali Tsokayev (79 kq) mundialın bürünc medalını qazanıb. O, iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Ruslan Abdullayev (57 kq) isə bürünc medal uğrunda görüşdə ermənistanlı Edik Harutyunyana məğlub olub - 4:8.