Azərbaycanın 2 idmançısı Poreçdə final mərhələsində iştirak edəcək

  Azərbaycanın 2 idmançısı Poreçdə final mərhələsində iştirak edəcək

Həftəsonu çimərlik güləşi üzrə mövsümə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, ilin həlledici yarışı Xorvatiyanın Poreç şəhərində keçiriləcək. 

12-13 oktyabrda təşkil ediləcək Dünya Seriyasının final mərhələsində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ökəmizi təmsil edəcək.

Bu yarışdan dərhal sonra bütün mərhələlər üzrə toplanan xallar hesablanacaq və çimərlik güləşi üzrə dünya çempionları müəyyənləşəcək.