Eldəniz Əzizli Azərbaycanın ilk 4-qat dünya çempionu adını qazandı
Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəki dərəcələrində güləş üzrə dünya çempionatında final görüşlərinə start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq tatami üzərinə Eldəniz Əzizli çıxıb.
55 kq çəki dərəcəsində yarışan 3-qat dünya çempionumuz həlledici dueldə iranlı Poya Dad Marza xalların keyfiyyətinə görə qalib gələrək karyerasında 4-cü dəfə mundialların qızıl medalına yiyələnib - 1:1.
32 yaşlı idmançımız Azərbaycan güləşi tarixində 4-cü dəfə dünya çempionu olan ilk pəhləvan olub. Əzizli daha əvvəl 2018, 2022 və 2023-cü illərdə qızıl medala sahib çıxıb.
Qarşıdakı dəqiqələrdə 63 kq-da Nihat Məmmədli və 72 kq-da Ülvi Qənizadə final görüşlərini keçirəcək.
82 kq çəkidə isə Qurban Qurbanov bürünc medal uğrunda güləşəcək.