Dünya çempionatı: Qadın güləşçilərimiz məğlub oldular
Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında qadın güləşçilərin mübarizəsinə start verilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığması 4 çəkidə 2-də təmsil olunub.
Təmsilçilərimiz mübarizəyə 1/8 finalda qoşulublar.
59 kq çəki dərəcəsində yarışan Alyona Kolesnik braziliyalı Ana Luiza Pereyraya tam üstünlüklə (16:6) qalib gələrək 1/4 finala yüksəlsə də, monqolustanlı Tserençimed Sukii ilə bacara bilməyib - 0:9.
65 kq çəkidə mübarizə aparan Elis Manolova da təsnifat mərhələsini uğurla keçib. Lakin 1/8 finalda Natalya Gizelə (Polşa) sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn güləşçimiz rumıniyalı Ekaterina Zelenıxa uduzub - 0:11.
Mundiala oktyabrın 31-də yekun vurulacaq.