"Ayaks"ın futbolçusunu Bakıda hava limanında 3 saat saxladılar
UEFA Avropa Liqasının əsas mərhələsinin "Qarabağ"la 3-cü tur qarşılaşması üçün Azərbaycana səfər edən "Ayaks" Bakı aeroportunda xoşagəlməz hadisə ilə üzləşib.
Mediasport.az xəbər verir ki, Niderland klubunun müdafiçisi Daniele Ruqaninin vizasında problem çıxıb.
Sabiq "Yuventus"lu bu səbəbdən 3 saat Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gözləməli olub.
Klubun müdaxiləsindən sonra italyan futbolçunun sənəd problemi həll edilib.
"Qarabağ" - "Ayaks" görüşü sabah saat 20:45-də start götürəcək.