Ülvi Qənizadə də Tiranada dünya çempionu tituluna yiyələndi
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Albaniyada keçirilən qeyri-olimpiya çəki dərəcələri arasında dünya çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, 72 kq-da yarışan Ülvü Qənizadə finalda Fransanı təmsil edən İbrahim Qanemi finalda 3:2 hesabı ilə məğlub edib.
Bu, Azərbaycanın mundialda 3-cü çempionluğu olub.
Qənizadəyədək Eldəniz Əzizli (55 kq) və Nihat Məmmədli (63 kq) dünya çempionu tituluna yiyələniblər.
Xatırladaq ki, ölkəmiz yunan-Roma güləşində 4 çəkidə təmsil olunub, 82 kq-da Qurban Qurbanov bürünc medal görüşündə gücünü sınayacaq.