Renat və Həsənsiz "Ankaragücü" kubokda növbəti mərhələyə çıxdı
Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşov və U-17 yığmamızın üzvü Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" səfərdə "Bursa Nilufer"in qonağı olub.
Görüş paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov zədəli olduğu üçün matçda iştirak rtməyib, Həsənin adı iştirak ərizəsində olsa da, meydana çıxmayıb.