"Karvan" Azərbaycan 1-ci Liqasında ardıcıl 6-cı qələbəsini qazandı

"Karvan" Azərbaycan 1-ci Liqasında ardıcıl 6-cı qələbəsini qazandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 6-cı tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

5 oyuna maksimum nəticə ilə vahid lider olan "Karvan" ardıcıl 6-cı qələbəsini MOİK səfərində rəsmiləşdirib.

Debütant "Cəbrayıl" isə "Mingəçevir"dən üstün olub.

Turun qalan görüşləri sabah və birigün baş tutacaq.


Azərbaycan 1-ci Liqası. 6-cı tur


"Cəbrayıl" - "Mingəçevir" 3:0

Qollar: X.Xudaverdiyev, 45, O.Təhməzli, 60, R.Cəfərli, 90+2.

MOİK - "Karvan" 2:3

Qollar: N.Bayramov, İ.Əliyev, 87 (pen) - B.Teymurov, 24, 64, E.Qasımov, 90+1.