11:0 - "Neftçi" Azərbaycan milli komandasını darmadağın etdi
Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, bütün görüşlərdə darmadağın qeydə alınıb.
Əvvəlcə son çempion "Araz-Naxçıvan" "Yasamal Baku"nu meydana çıxmasına peşman edib.
Ardınca "Neftçi" U-19-un daşını daş üstdə qoymayıb.
Ardıcıl ikinci qələbəsini qazanan “Baku Fire” isə zirvədəki mövqeyini qoruyub.
Yüksək Liqa. 2-ci tur
"Araz-Naxçıvan" - "Yasamal Bakı" 13:0
"Neftçi" - U-19 11:0
"Baku Fire" - "Şuşa" 4:0