Məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda seminar keçirildi

Məşqçilər üçün “Təhlükəsiz idman” mövzusunda seminar keçirildi

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin Təhlükəsiz İdman bölməsinin məsləhətçisi Tine Vertommenin iştirakı ilə “Təhlükəsiz İdman Hamı üçün” layihəsi çərçivəsində seminar keçirilib.

Mediasport.az xəbər verir ki, taekvondo, stolüstü tennis, üzgüçülük, güləş, kanoe və avarçəkmə, voleybol, basketbol və badminton federasiyalarından 20-dən çox məşqçinin iştirakı ilə baş tutan seminarda təhlükəsiz idmanın əhəmiyyəti vurğulanıb.

Tine Vertommen məşqçilərlə birgə ən yaxşı təcrübələri paylaşaraq, gənc idmançıların təhlükəsizliyi üçün tədbirlər barədə geniş məlumat verib.

Seminar interaktiv müzakirələr və qrup tapşırıqları ilə davam edib.

Sonda seminarın səmərəliliyini qiymətləndirmək üçün sorğu keçirilib.