Boksçularımız Gimnaziadada 18 medalla birinci yeri tutdular

 Boksçularımız Gimnaziadada 18 medalla birinci yeri tutdular

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks üzrə milli komandamız 12 qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, bokçsularımız ümumilikdə 18 mükafat əldə ediblər.

Əli Əliyev (46 kiloqram), Şahin Mustafayev (48 kiloqram), Nihad Qasımov (50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Rza Rzayev (70 kiloqram), Gülər Hüseynova (46 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Əminə Tağı (54 kiloqram) və Dəniz Babayeva (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda uduzan Aylin Nəzərova (50 kiloqram), Aysu Mikayılova (52 kiloqram), Mələk Hümbətova (57 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) gümüş, Adil Zalovla (75 kiloqram) Səftər Məmmədzadə (+80 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.

Beləliklə, boks millimiz komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.