3 güləşçimiz finalda, Qurbanov üçün bürünc medal şansı - DÇ
Azərbaycanın 4 yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında medal görüşlərinə çıxacaq.
Mediasport.az xəbər verir ki, ilk gündə mübarizəyə qoşulan 4 təmsilçimizdən üçü gücünü finalda sınayacaq.
Dünya çempionatı. Yunan-Roma güləşi
57 kq
Üçqat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Poya Marzla qarşılaşacaq.
63 kq
Nihat Məmməd qızıl medal üçün qazaxıstanlı Yerjet Jarlikassinlə üz-üzə gələcək.
72 kq
Ülvi Qənizadənin çempionluq yolunda rəqibi Fransanı təmsil edən İbrahim Qanem olacaq.
82 kq
Qurban Qurbanov ilk təsəlliverici dueldə Jalqasbay Berdimuratovla münasibətlərini aydınlaşdıracaq.
Mundiala oktyabrın 31-də yekun vurulacaq.