Yevlaxda azarkeşlərə butılka atan futbolçuların cəzaları açıqlandı

Yevlaxda azarkeşlərə butılka atan futbolçuların cəzaları açıqlandı

AFFA İntizam Komitəsi 1-ci Liqada çıxış edən "İmişli" klubunun futbolçularını azarkeşlərə kənar əşya atdığı üçün iki oyunluq cəzalandırıb.

Mediasport.az xəbər verir ki, İdris İnqilablı və Bahadur Həziyev 5-ci turun "Karvan"la səfər matçda fanatlara su butılkası atıblar.

Aran təmsilçisi buna görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qeyd edək ki, qarşılaşma "Karvan"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.