DÇ-2024: 3 güləşçimiz finalda, Qurbanov üçün bürünc medal şansı
Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, ilk gündə 4 yunan-Roma güləşçimiz mübarizəyə başlayıb.
Azərbaycan təmsilçilərindən 3-ü finala vəsiqə qazanıb, biri 1/4 finalda məğlub olsa da, rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərə qatılmaq imkanı qazanıb.
Dünya çempionatı. Yunan-Roma güləşi
57 kq
Üçqat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Poya Marzla qarşılaşacaq.
63 kq
Nihat Məmməd qızıl medal üçün qazaxıstanlı Yerjet Jarlikassinlə üz-üzə gələcək.
72 kq
Ülvi Qənizadənin çempionluq yolunda rəqibi Fransanı təmsil edən İbrahim Qanem olacaq.
82 kq
Qurban Qurbanov ilk təsəlliverici dueldə Jalqasbay Berdimuratovla münasibətlərini aydınlaşdıracaq.
Mundiala oktyabrın 31-də yekun vurulacaq.