Avropa çempionatı: Yığmamız Portuqaliya seçməsinə uduzdu
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının birinci pley-off mərhələsində cavab oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız Portuqaliya seçməsi ilə səfərdə qarşılaşıb.
Bakıda baş tutan ilk görüşdə 1:4 hesabı ilə uduzan komandamız bu dəfə də qapısından 4 top buraxaraq qitə birinciliyinin final mərhələsinə yollanmaq şansını itirib.
Portuqallar isə ikinci pley-off mərhələsində Çexiya ilə üz-üzə gələcəklər.
Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də keçiriləcək.
Avropa çempionatı. 1-ci pley-off mərhələsi. Cavab oyunu
Portuqaliya - Azərbaycan 4:0
Qol: Diana Silva, 15, 26, Dolores Silva, 57-pen., Fatima Pintu, 86.
Baş hakim: Şona Şukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Eşli de Haan
Dördüncü hakim: Yulia Van Es
VAR hakimləri: Yoxem Kampuis, Edvin Van De Qraaf (hakimlər briqadası Niderlanddandır)
Hakim-inspektor: Marta Frías Açedo (İspaniya)
UEFA nümayəndəsi: Sabina Bonnin (Fransa)
Portuqaliya, Vizela stadionu. Saat 23:45.