Yığmamızın keçmiş üzvünün oğlu milli komandamızdan imtina etdi!

Yığmamızın keçmiş üzvünün oğlu milli komandamızdan imtina etdi!

"Azərbaycan yığmasında oynamaqla bağlı bəzi söz-söhbətlər var idi. Amma yox, mən Rusiyada irəliləmək istəyirəm".

Mediasport.az xəbər verir ki, bunu "Sport-Ekspress"ə (Rusiya) açıqlamasında "Fakel" klubunun qapıçısı Vitali Qudiev deyib.

O, əsas məqsədinin Rusiya milli komandasında forma geyinmək olduğunu bildirib:

"Rusiya yığmasında çıxış etmək alınmasa, Azərbaycan variantını nəzərdən keçirəcəm? Bilmirəm. Prioritet Rusiya millisidir".

Xatırladaq ki, əlcək sahibinin atası Kazimir Qudiyev 1996-1997-ci illərdə 3 matçda Azərbaycan millisinidə oynayıb.

29 yaşlı Vitali daha əvvəl "Alaniya", "Axmat", "Ximki"də çıxış edib.