DÇ-2024: Qurban Qurbanov bürünc medal görüşündə məğlub oldu
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, 82 kq-da yarışan təmsilçimiz həlledici dueldə türkiyəli Ahmet Yılmazla bacarmayıb.
1:8 hesabı ilə uduzan Qurbanov mundialı 4-cü pillədə başa vurub.
Xatırladaq ki, digər 3 çəkidə Azərbaycan güləşçiləri dünya çempionu olublar - Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq).