"Arzuma çatdım, mükafatı anama və xalqıma həsr edirəm" - AĞAYEV
"Bu titul Azərbaycan xalqınındır".
mediasport.az xəbər verir ki, bu sözləri "Karate Combat"da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra deyib.
5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı kəməri qazanmaq üçün çox çalışdığını bildirib: "Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum. Deniels "Karate Combat"da üz-üzə gəldiyim ən güclü döyüşçü idi".
35 yaşlı idmançı 2018-ci ildən çıxış etdiyi "Karate Combat"da keçirdiyi bütün döyüşlərdə qalib gəlib.