Milli komandamızın 4 üzvü Avropa çempionatının finalına çıxıb

Milli komandamızın 4 üzvü Avropa çempionatının finalına çıxıb

Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Rənad Əliyevin rəhbərliyi altında Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitə miqyaslı yarışın qızıl medalları uğrunda mübarizə aparacaqlar.

Daha 3 parakarateçimiz Ariana Mitlinova, Fərid Savadov və Hüseyn Məmmədli isə 3-cu yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.