Rəcəb Tayyib Ərdoğan Qətərdə Dünya Kubokunun açılışında iştirak etdi

Rəcəb Tayyib Ərdoğan Qətərdə Dünya Kubokunun açılışında iştirak etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərda start götürən 22-ci Dünya Kubokunun açılış mərasimində iştirak edib.

mediasport.az xəbər verir ki, dövlət başçısı tədbiri “Əl-Beyt” stadionunun fəxri lojasında Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani, həmçinin digər dövlət və hökumət başçıları ilə birlikdə izləyib.

Açılış oyununu (Qətər - Ekvador) da izləyən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə söhbətləşib.