Federasiyaya prezident seçilən xanım ölkə futbolu tarixinə düşdü
Belçika Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib və ölkə futbolu tarixində bir ilk yaşanıb.
mediasport.az xəbər verir ki, Belçika futbolu tarixində ilk dəfə federasiyaya qadın rəhbərlik edəcək.
Paskal van Damm İdarə heyətinin iclasında verilən yekdil qərara əsasən 4 il müddətinə Belçika Futbol Federasiyasının yeni prezidenti seçilib. O bu postda Pol van den Bulku əvəz edib.