"Öz mədəniyyətimi göstərdim" - Erməni təxribatı ilə üzləşən idmançı
Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open” beynəlxalq karate turnirində iştirak edən Azərbaycan Karate-Do Federasiyasının üzvləri vətənə qayıdıblar.
MediaSport.az xəbər verir ki, turnirdə erməni təxribatı ilə üzləşən Azərbaycan karateçisi Alika Semixova yaşadığı xoşagəlməz hadisə ilə bağlı fikirlərini bölüşüb.
Semixova erməni rəqibi ilə qazandığı üç qələbədən sonra finalda qarşılaşdığını deyib: "Onun təxribatına baxmayaraq, mən Azərbaycan xanımı və idmançısı kimi öz mədəniyyətimi göstərdim. Yarışa komanda olaraq həm fiziki , həm də psixoloji səviyyədə yüksək hazırlaşmışdıq. Final görüşünün əsas vaxtında Ermənistan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldim. Ancaq o, uyğun olmayan hərəkət etdi. Yarışdan öncə də bizə bildirilmişdi ki, belə şeylərə əhəmiyyət verməyək. Mən də öz mədəniyyətimi göstərdim".