Rafael Ağayev ABŞ idmançısı ilə titul döyüşünə çıxacaq

Rafael Ağayev ABŞ idmançısı ilə titul döyüşünə çıxacaq

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək.

mediasport.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 4-cü sınağına çıxacaq. 

Ağır çəki dərəcəsində çıxış edən idmançımız titul döyüşündə qüvvəsini sınayacaq. 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.

“Karate Combat 37” çərçivəsindəki döyüş ABŞ-ın Florida ştatında təşkil olunacaq. Qarşılaşmadan bir gün əvvəl idmançıların iştirakı ilə çəki mərasimi keçirilib.

İlk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edən Rafael keçirdiyi üç döyüşün hamısında qalib gəlib.