Federasiya "Azercell"lə müqavilə bağladı

Federasiya "Azercell"lə müqavilə bağladı

Azərbaycan Minifutbol Federasiyasının (AMF) yeni sponsoru bəlli olub.

mediasport.az xəbər verir ki, federasiya "Azercell" şirkəti ilə müqavilə imzalayıb. Əməkdaşlıq bir illik müddəti əhatə edəcək.

Bu barədə minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində məlumat verilib.

Federasiyanın baş sponsoru "Azfar Group" şirkətidir.