Yeni mövsümün püşkü atılıb

Yeni mövsümün püşkü atılıb

Minifutbol üzrə Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümünün püşkü atılıb.

Mediasport.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçılarına Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir, həmçinin, Çempionlar Liqası, Avropa Kuboku, Bizned Kuboku və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş dünya çempionatı ilə bağlı videoçarxlar göstərilib.

Daha sonra baş katib Orxan Hüseynov komandalar haqqında məlumat verib.

2023-cü ilin ən yaxşı oyunçusu adına layiq görülmüş Azərbaycan millisinin üzvü Rəvan Kərimov mükafatlandırılıb.

Azərbaycan çempionatına dekabrın 5-də start veriləcək. Bu mövsüm ölkə birinciliyində 16 komanda mübarizə aparacaq.


I tur

"Abşeron" - "Birbaşa"

"Real" - "Atəşgah"

"Dinamo" (Gəncə) - "Siyəzən"

"Dirçəliş" - "Aznur"

"Veteran" - "Baku Fire"

"Zirə" - "Odlar Yurdu"

"İnter" - "Sumqayıt"

"Turan" - "Qalaksi Şuşa"