Türkiyə millisi Bakıda 10 qol vurdu
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq mini futbol turnirində dördüncü oyun gününün ilk görüşü keçirilib.
mediasport.az xəbər verir ki, "B" qrupunda mübarizə aparan Türkiyə yığması Cənubi Afrika millisi ilə üz-üzə gəlib.
Türkiyə seçməsi rəqib qapısından 10 top keçirib - 10:2. Afrikalılar dördüncü matçda da meydandan məğlub ayrılıblar. Xallarının sayını 6-ya çatdıran türkiyəlilər qrupu üçüncüsü olmaq üçün digər görüşdə Fransanın Qazaxıstana qalib gəlməsini gözləməlidirlər.
Bu gün "A" qrupu çərçivəsində İtaliya – Çexiya və Azərbaycan – Serbiya qarşılaşmaları da oynanılacaq.