"Zirə"dən ardıcıl 10-cu qələbə

"Zirə"dən ardıcıl 10-cu qələbə

Minifutbol üzrə Azərbaycan çempionatında 10-cu tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, “Zirə” ardıcıl 10-cu qələbəsini qazanmaqla liderliyini bir qədər də möhkəmləndirib.

Turun daha əvvəl keçirilən matçlarında “Turan” “Dinamo Gəncə”yə (4:3), “Aznur” “Baku Fire”yə (4:3), “Sumqayıt” “Atəşgah Suraxanı”ya (8:2) qalib gəlib, “Siyəzən”lə “Galaxy Baku” heç-heçə (2:2) ediblər.


Azərbaycan çempionatı. 10-cu tur

“Abşeron” – “Zirə” 0:3

“İnter” – “Real Bakı” 3:3

“Birbaşa Bakı” – “Odlar Yurdu” 4:1

“Dirçəliş” – “Veteran” 1:4