“Fəxri bədən tərbiyəsi və idman işçisi” maşında yanaraq öldü
Azərbaycanda sabiq güləşçi, məşqçi-müəllim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
mediasport.az xəbər verir ki, Fəxrəddin İmanov Bakı-Astara yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəza sonrası avtomobilində yanaraq vəfat edib.
Hərəkətdə olan “Mercedes" idarəetmədən çıxaraq yolun kənarına aşıb, avtomobildə olan bir nəfər xilas edilsə də, Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanov yanaraq dünyasını dəyişib.
O, sovetlər dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub, son illər məşqçi-müəllim işləyib.Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.