Dünya çempionatı: 3 qız güləşçimiz bürünc medal qazana bilər
İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, mundialın beşinci günündə qız güləşçilərin mübarizəsinə yekun vurulacaq.
Azərbaycan millisinin 3 üzvü bürünc medal uğrunda yarışacaq.
40 kq-da Nəzrin Əhmədli macarıstanlı Şentpal Vivien, 6️1️ kq-da Günay Qurbanova hindistanlı Rajnita Rajnita, 6️9️ kq-da Zəhra Kərimzadə isə türkiyəli Cin İlayda ilə qarşılaşacaq.
Medal görüşləri Bakı vaxtı ilə 18:00-da başlanacaq.
Xatırladaq ki, DÇ-də Azərbaycan 6 qız güləşçi ilə təmsil olunur, onlardan 3-ü yarışı medalsız başa vurub.