Mariya Stadnik və daha 2 güləşçimiz mübarizəyə qoşulacaq - AÇ-2023
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 3 qadın güləşçisi mübarizəyə başlayacaq.
mediasport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan dünya qadın güləşinin əfsanəsi Mariya Stadnik təsnifat mərhələsində türkiyəli Evin Demirhanla qarşılaşacaq.
55 kq-da yarışan Elnurə Məmmədova Laura Stanelite (Litva), 59 kq-da təmsilçimiz Alyona Kolesnik isə 1/4 finalda Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) cütünün qalibi ilə görüşəcək.
Bu gün, həmçinin, Azərbaycanın dörd sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq. 92 kq-da Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə), 74 kq-da Cəbrayıl Qadjiyev təsəlliverici qarşılaşmada Soner Demirtaşla, 86 kq-da Abubakr Abakarov Patrik Puespoeki (Macarıstan) - İvars Samusonoks (Latviya) duelinin qalibi ilə və 125 kq-da Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedo (İtaliya) ilə üz-üzə gələcək.
Avropa çempionatına aprelin 23-də ykun vurulacaq. Təmsilçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal qazanıb.